EN

Mbappe növbəti matçda da oynaya bilməyəcək

Kilian Mbappe klublararası dünya çempionatında "Real"ın növbəti matçını da buraxmalı olacaq.

Sportal.az xəbər verir ki, yüngül məşqlərə qatılan hücumçu dünya çempionatının qrup mərhələsinin II turunda sabah Meksikanın "Paçuka" klubu ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, 26 yaşlı futbolçu akut qastroenterit (mədə-bağırsaq iltihabı) səbəbindən turnirin ilk matçı olan “Əl-Hilal”la qarşılaşmasını (1:1) buraxmışdı.

saytlarin hazirlanmasi

Chosen
27
1
sportal.az

2Sources