EN

Van Nistelroyun “Lester”dən ayrılacağı tarix bəlli oldu

“Lester Siti”nin baş məşqçisi Rud van Nistelroyun vəzifəsini rəsmi olaraq nə vaxt tərk edəcəyi bəlli olub.

90deqiqe.Az-ın "The Sun"a istinadən yaydığı məlumata görə, niderlandlı mütəxəssisin komandadan ayrılığı iyulun əvvəlində rəsmiləşəcək. Buna səbəb isə klubun əvvəlki mövsümdə baş məşqçi dəyişikliyini də məhz bu dövrdə həyata keçirməsi və yeni hesabat dövrünün başlanmasını gözləməsidir.

Xatırladaq ki, ötən mövsüm də eyni vaxtda Stiven Kuper istefaya göndərilmişdi.

Qeyd edək ki, Rud van Nistelroy cari mövsüm ərzində “Lester”ə rəhbərlik etsə də, komandanı Çempionşipə düşməkdən xilas edə bilməyib. Klub onunla yolları 2024/2025 mövsümünün sonunda ayırmaq qərarına gəlib.

Van Nistelroy “Lester”dən öncə qısa müddət “Mançester Yunayted”in baş məşqçisi olub. Ruben Amorimin təyinatından əvvəl komandanı müvəqqəti olaraq çalışdıran mütəxəssis bu müddətdə heç bir məğlubiyyətlə üzləşməyib. Mankunianlılar həmin dövrdə mövsümün ən stabil və uğurlu performansını sərgiləmişdi.

Chosen
29
90deqiqe.az

1Sources