EN

Bu futbolçu ''Qalatasaray''a 10 milyon avro qazandıra bilər

''Qalatasaray'' bir tərəfdən Çempionlar Liqası üçün heyətini gücləndirməyə çalışırsa, digər tərəfdən komanda əsas oyunçularından birini itirə bilər.

Belə ki, Səudiyyə Ərəbistanı təmsilçisi, Fatih Terimin son klubu olan ''Əl-Şabab'' Mario Leminanın transferi üçün çalışmalara başlayıb. Səudiyyə Ərəbistanı qaynaqlarının iddiasına görə futbolçunun özü ilə qısa müddətdə anlaşma əldə etmək mümkün olub.

Ancaq klublar arasında hələ anlaşma yoxdu. Maraqlıdı ki, Terimin hələ də ''Əl-Şabab''da qalıb-qalmayacağını bilinmir. İndiyə qədər nə klub, nə də məşqçinin özü bu mövzuda rəsmi açıqlama verib. Ancaq Terim əfsanəsi olduğu ''Qalatasaray''ı gözəl tanıyır və ''Əl-Şabab'' ordan oyunçu almaq istəyirsə, deməli ''İmperator'' gələn mövsümlə bağlı planlar qurur.

Ortada dolaşan məbləğ doğrudusa, Türkiyə çempionu Leminanı yəqin ki, gözüyumulu buraxmağa razı olacaq. Çünki ''Əl-Şabab''ın ''sarı-qırmızılar''a 12-13 milyon avroluq bir təklif irəli sürməyə hazırlaşdığı məlum olub.

Xatırladaq ki, ''Qalatasaray'' Leminanı fevralda yalnız 2,5 milyon avroya ''Vulverhempton''dan transfer edib. Yəni klub cəmi 6 ay ərzində təcrübəli futbolçunun sayəsində 10 milyon avro irəli düşə bilər!

''Cim-Bom''da ikinci dönəmini keçirən qabonlu yarımmüdafiəçi ötən mövsümün ikinci dövrəsində 16 qarşılaşmada meydana çıxaraq aktivinə 1 qol, 2 məhsuldar ötürmə yazıb.

Chosen
11
1
football-plus.az

2Sources