Jurnalist Fatih Altaylı YouTube kanalında Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid xarakterli ifadələrinə görə barəsində başlanan istintaq çərçivəsində saxlanılıb.
İstanbul Baş Prokurorluğunun yaydığı açıqlamada aşağıdakı ifadələr yer alıb:
“Fatih Altaylı barəsində öz adını daşıyan 'YouTube' sosial media kanalında 20.06.2025 tarixli yayımdakı çıxışında cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alan təhdid məzmunlu ifadələrinə görə, Türk Cinayət Məcəlləsinin 310/2-ci maddəsi və 106/1-ci maddəsinin istinadına əsasən ‘Prezidentə təhdid’ ittihamı ilə prokurorluq tərəfindən istintaq başlanmışdır. Adı çəkilən şəxs İstanbul Polis İdarəsinə verilmiş göstəriş əsasında bu gün saxlanılıb və nəzarətə götürülüb”.