EN

“Azhouse” şirkətinin rəhbərinə “stop” qoyulub

Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Azhouse” şirkətini məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, buna səbəb şirkətin dövləty büdcəsinə ümumilikdə 5 931,27 manat borcunun olmasıdır. Qurum ərizəsində borc ödənilədək şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyulmasını xahiş edib.

İşə Bakı Kommersiya Məhkəməsində baxılıb. Hakim Günay Namazova qurumun ərizəsini təmin edib.

“Azhouese” şirkəti 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Abdullayev Saleh Səbuhi oğludur.

Hüseyn

Chosen
19
valyuta.az

1Sources