EN

"Neftçi" tanış qapıçının transferindən imtina etdi

Başa çatan mövsüm haqqında ən çox danışılan adlarından biri də "Şamaxı"nı qolkiperi Rikardo Fernandes oldu.

30 yaşlı kiper inamlı oyunu ilə bölgə klubunun əsas fiquruna çevrildi.

Bunu fürsət bilən menecerlər portuqaliyalının "Neftçi"yə keçidinə cəhd ediblər.

Belə ki, "ağ qaralar"ın skautinqlərinə Rikardo da təklif olunub.

Amma paytaxt klubu müzakirəsiz onun transferindən imtina edib.

Səbəb "Neftçi"nin qapı mövqeyinə axtarışları ölkə xaricində aparmasıdır.

Portuqaliya gənclər millisinin sabiq üzvü ötən ilin yaydan "şirlər"in şərəfini qoruyur.

O, başa çatan mövsüm 36 oyunda meydana çıxıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
17
sportinfo.az

1Sources