EN

KİV: ABŞ Quama B-2 strateji bombardmançılarını yerləşdirir

ABŞ İsraillə İran arasında yaranmış münaqişə fonunda B-2 strateji bombardmançılarını Sakit okeandakı Quam adasına köçürür.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Agentlik qeyd edir ki, bombardmançıların yerləşdirilməsinin Yaxın Şərqdəki gərginliklə birbaşa əlaqəsinin olub-olmadığı hələlik məlum deyil. Mənbələr əlavə məlumat verməkdən imtina ediblər. Onlardan biri bildirib ki, B-2 bombardmançılarının Quamdan başqa bir yerə daşınması ilə bağlı hələ heç bir göstəriş verilməyib. Bombardmançıların dəqiq sayı da açıqlanmayıb.

Chosen
14
36
operativmedia.az

10Sources