Abdukodir Xusanov “Lion”un maraq dairəsinə düşüb. Amma “Mançester Siti” müdafiəçini icarəyə verməkdən imtina edib.
"Football-plus.az" xəbər verir ki, Fransa klubu 21 yaşlı futbolçunu icarəyə götürmək istəyib. Lakin MS rəhbərliyi Özbəkistan millisinin mərkəz müdafiəçisini Liqa 1 təmsilçisinin sıralarına göndərməkdən imtina edib.
Xatırladaq ki, Xusanov “Siti”yə qış “transfer pəncərəsi”ndə “Lans”dan keçib.