Yolda iri çalalar var... Nə piyadalar, nə də sürücülür burada rahat hərəkət edə bilirlər...
Xezerxeber.az xəbər verir ki, görüntülər paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsindəndir. Ərazidəki yol örtüyü tamamilə dağılaraq yararsız hala düşüb. Vəziyyət o həddədir ki, ərazidən keçən avtobuslar belə hərəkət zamanı ciddi çətinlik çəkir.
Sakinlər deyirlər ki, yağış yağdıqda küçədə hərəkət tamamilə müşkülə çevrilir. Hazırkı vəziyyətdə də bu yoldan istifadə edən sürücülər xeyli ziyana düşürlər.
Sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, yolun yararsız olması onlara bəzən aylıq 300 manata başa gəlir.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, ərazidə təmir işləri aparılacaq.
O da bildirildi ki, bütün işlər inşaat norma və qaydalarına əsasən aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.