EN

Cəlilabadda iki avtomobil toqquşub, ölən var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib...

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Cəlilabadın Göytəpə şəhəri ərazisində qeydə alınıb.

"VAZ 2106" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb.

Ölən şəxs "VAZ"ın sərnişini, Göytəpə şəhər sakini, 1957-ci il təvəllüdlü Əminağa Xudaqulu oğlu Tağıyevdir.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Chosen
4
9
poliqon.info

10Sources