EN

Sammit iştirakçıları Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilən islahatlar barədə məlumatlandırılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Türkiyənin İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Nazir müavini Azərbaycan Respublikasının elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar, texnologiya əsaslı təhsil modellərinin inkişafı, süni intellektin təhsilə inteqrasiyası, o cümlədən rəqəmsal bacarıqların tədrisi istiqamətində atılan addımlar haqqında məlumat verib. O, həmçinin ölkənin elm və innovasiya gündəliyində süni intellekt, biotexnologiya, enerji texnologiyaları və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyən edildiyini vurğulayıb.

Kənan Kərimzadə çıxışında Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsindəki strateji əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib, 2022-ci ildə Azərbaycanda keçirilmiş “TEKNOFEST”in bu tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Nazir müavini ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksəlməsi, böyük dil modellərinin hazırlanması istiqamətində yerli və beynəlxalq texnoloji tərəfdaşlarla əməkdaşlıq və "SABAH.city" innovasiya klasterinin yaradılması kimi təşəbbüslər barədə də məlumat verib.

Sonda Kənan Kərimzadə belə mötəbər beynəlxalq platformaların təhsil sahəsində qlobal əməkdaşlıqların möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq tədbirə dəvət və qonaqpərvərliyə görə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinə təşəkkürünü bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
6
azertag.az

10Sources