EN

Suriya Bəşər Əsədin əmisi oğlunu yaxaladı...


Suriyanın yeni hakimiyyət orqanları ölkənin sabiq prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib. Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Vasim Əsəd narkotik vasitələrin ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur.

“Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Livanla sərhəddə Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada narkotik vasitələrin qanunsuz dövriyyəsi və sabiq hökumətin cinayətlərində iştirak edib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçən silahlı müxalifət qrupları dekabrın 8-də Dəməşqə daxil olublar. Nəticədə Suriya prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığınıb.

ZÜMRÜD

Chosen
18
3
baki-xeber.com

4Sources