EN

Təkcə inşaat layihəsi deyil

İyunun 19-da Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin açılış mərasimi və mərasimdə Azərbaycan və Türkiyə Prezidentlərinin çıxışı iki ölkə arasında qardaşlığın, dostluğun və müttəfiqliyin nə qəqədr güclü və sarsılmaz olduğunubir daha nümayiş etdirdi.

Məlum olduğu kimi əsrin fəlakəti adlandırılan 6 fevral zəlzələsi nəticəsində böyük dağıntılara məruz qalmış Kahramamaraşda Azərbaycanın vəsaiti hesabına 2778 mənzilin, mağazanın və ofisin inşası sürətlə davam edir.
İyunun 19-da bu mənzillərdən 1200-ü kahramanmaraşlılara təhvil verilib, yerdə qalan mənzillər də ilin sonuna kimi tikilərək sahiblərinə təhvil veriləcəkdir.

Mərasimdə çıxış edən hörmətli Prezidentimiz cənab İlham Əliyev bildirdi ki, sitat: “Azərbaycan hər zaman, xüsusilə çətin günlərdə Türkiyənin, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür. Bu açılış mərasimi eyni zamanda Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin ruhuna və məzmununa uyğun olaraq münasibətlərimizin sadəcə qardaşlıq yox, eyni zamanda rəsmi müttəfiqlik səviyyəsində inkişaf etdiyini bir daha nümayiş etdirir”.

Onu da xüsusilə vurğulamaq istərdim ki, “Azərbaycan” məhəlləsində ucaldılan məktəb Ulu Öndər Heydər Əliyevin adını daşıyır və bu da onu göstərir ki, bu layihə təkcə inşaat layihəsi deyil, bu həm də tarixmizə və dövlətçiliyimizə verilən yüksək qiymətdir.

Türkiyə Cümhuriyyətinin hörmətli Prezidenti cənab Ərdoğan da çıxışındaqeyd etdi ki, sitat: “Bu gün burada "Bir millət, iki dövlət" şüarının həyata keçməsinə bir daha şahidlik edirik. Çünki biz eyni bayrağın kölgəsində dua edən, eyni səccadədə göz yaşı tökən, eyni istiqlal üçün qurban verən bir millətin, iki dövlətin tək ürək daşıyan övladlarıyıq. “Azərbaycan” məhəlləmiz bizim ən mötəbər layihələrimizdən biridir, qürur tablomuzdur. Burada böyük məmnunluqla demək istəyirəm ki, qardaşım İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Kahramanmaraşın qəlbinə qardaşlıq möhürünü vurub”.

Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı və hər iki Liderin dediyi bu dəyərli sözlər son günlər Azərbaycan-Türkiyə qardaşlığını və dostluğunu pozmaq və nifaq yaratmaq istəyənlərə, bəzi xarici dairələr tərəfindən bu dostluğa qarşı çirkin kampaniya aparan ünsürlərə ən yaxşı cavabdı.

Chosen
24
aznews.az

1Sources