EN

Büdcə artıqlığının bir hissəsi Təminat Fonduna köçürüləcək

Bakı. Trend:

Büdcə ili ərzində büdcə artıqlığının (profisitin) bir hissəsiTəminat Fonduna köçürüləcək.

Trend-inxəbərinə görə, bu məsələ Milli Məclisin iyunun 24-də keçiriləcəkiclasının gündəliyinə daxil edilən “Büdcə sistemi haqqında” Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, büdcə ili ərzində dövlət büdcəsininxərcləri üzrə aparılmış maliyyə əməliyyatları həmin ilin dövlətbüdcəsinin icrasına dair aylıq, rüblük və illik hesabatlardaaparılmış dəyişikliyə müvafiq əks etdiriləcək və təsdiq olunmuşgöstəricilərdən kənarlaşma kimi qəbul edilməyəcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığı qalığınyönəldiyi istiqamətlər üzrə ödənişlər icra edilməklə idarə olunacaqvə (və ya) idarəetməyə veriləcək.

Büdcə ili ərzində vahid xəzinə hesabının qalığı müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəolunacaq və (və ya) idarəetməyə veriləcək. Vahid xəzinə hesabınınqalığının idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənediləcək.

Büdcə ili ərzində yaranan büdcə artıqlığının (profisitin)müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilən hissəsi müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən Dövlət borcu vəzəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülə biləcək.

Cari il üçün nəzərdə tutulan xərclərin maliyyələşdirilməsi həminbüdcə ili ərzində mümkün olmadıqda belə xərclərinmaliyyələşdirilməsi növbəti büdcə ilindəki ayırmalar hesabına təminolunacaq.

İlin sonuna bütün xəzinə hesablarının qalıqları vahid xəzinəhesabına köçürüləcək.

Chosen
17
3
az.trend.az

4Sources