Hesablama Palatasında keçirilmiş növbəti kollegiya iclasında “Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələri haqqında Auditor hesabatı” müzakirə edilib.
Mia.az xəbər verir ki, müzakirələrin yekununda hesabat təsdiqlənib və aidiyyəti üzrə təqdim olunmasına dair qərar qəbul edilib.