İsrail İrana hücumu ilə Yaxın Şərq regionunu tam fəlakətin astanasına gətirib.
Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İƏT XİN) 51-ci sessiyasının açılışında çıxışı zamanı deyib.
"İsrail indi qonşumuz İrana hücum etməklə regionu tam fəlakətin astanasına qoyur", - Fidan bildirib.
Onun sözlərinə görə, baş verən hücum nə Fələstin, İran, Lifan, nə də Suriya və Yəmən problemidir, “şübhəsiz ki, İsrail problemidir”.