Ötən il Azərbaycanda adambaşına 115.9 kiloqram təzə çörək istehlak edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu illik müqayisədə 0,7 kq və ya 0,6% azdır.
2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kq təzə çörək istehlak edilmişdi.