EN

Tarladan qayıdan işçilər qəzaya düşdü - Fotolar+Yenilənib

Biləsuvar rayonunda yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki hadisə rayon mərkəzi - Mübariz İbrahimov küçəsində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili “Qazel” markalı sərnişin mikroavtobusuna çırpılıb. Hadisə nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Onların rayonun Xırmandalı kəndindən tarladan qayıdan işçilər olduğu bildirilir. 

Xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

***

Biləsuvarda qəzada xəsarət alanlar Bakı şəhər sakinləri, Təhminə Cəbrayılova (1994), Sevinc Cəbrayılova (1990) və rayonun Ağalıkənd kəndindən Hökumə İsmayılova (1971), Xırmandalı kəndindən Yeganə Hacıyevadır (1977).

Yarılalara zəruri tibbi yardım göstərilib.

Surxay Şahbazov



Chosen
16
7
qafqazinfo.az

8Sources