EN

Napoli onu hədəflədi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Napoli" "Liverpul"un futbolçusu Darvin Nunesi hədəfləyib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

İtaliya klubu uruqvaylı hücumçunu transfer etmək ehtimalı olduğu müddətdə digər variantlarla danışıqlarda irəliləməyəcək. Tərəflər növbəti həftə maaş və transfer məbləğini müzakirə edəcəklər. 

Qeyd edək ki, Darvin Nunes başa çatan mövsümdə "Liverpul"un heyətində 47 oyuna çıxaraq 7 qol vurub və 7 qolun ötürməsini edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilə qədərdir. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
qol.az

2Sources