İsrailin İrana hücumları nəticəsində daha bir nüvə alimi öldürülüb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İran KİV məlumat yayıb.
Bildirilib ki, iranlı nüvə alimi İsar Təbatəbai evinə hücum zamanı həyat yoldaşı ilə birlikdə ölüb.
Hücumun nə vaxt və necə həyata keçirildiyi barədə ətraflı məlumat verilməyib.
2007-ci ildə Nüvə Mühəndisliyi üzrə doktorluq dərəcəsini tamamlayan Təbatəbai uzun illər İranın nüvə sənayesində çalışıb.
Xatırladaq ki, bundan əvvəl də İranda 9 nüvə alimi öldürülmüşdü.