Göygöldə minik maşını qəza törədib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Opel" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.