Roma, 21 iyun, AZƏRTAC
İtaliyanın 10 şəhərində hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edilib.
AZƏRTAC xəbər verir ki, paytaxt Romada, həmçinin Bolzano, Kampobasso, Florensiya, Frozinone, Latina, Neapol, Peruccia, Rieti və Turində qeyri-sabit hava şəraitinin müşahidə olunacağı bildirilib. Ölkənin şimalında güclü tufan və fırtına gözlənilir.
Şimali Afrika antisiklonunun güclənməsi səbəbindən ölkənin mərkəzi-cənub bölgələrində isə yeni istilik dalğası müşahidə edilir, bəzi bölgələrdə havanın temperaturunun 40-41 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma