EN

Makron: "İranla danışıqları sürətləndirməliyik, müharibənin qarşısını almaq mümkündür"- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron İranla danışıqları sürətləndirmək niyyətində olduqlarını bildirib. Olaylar.az xəbər verir ki,  bu barədə Fransa lideri İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianla telefon danışığından sonra X sosial şəbəkəsində paylaşım edib.
"Əminəm ki, müharibədən çıxış yolu və daha böyük təhlükənin qarşısını almaq mümkündür. Bu məqsədlə Fransa və Avropa tərəfdaşlarının İranla başlatdığı danışıqları sürətləndirəcəyik", - deyə Makron qeyd edib.
Makron əlavə edib ki, İran nüvə silahına sahib olmamalıdır: "Təbriz Tehranın niyyətlərinin sülh məqsədli olduğuna dair zəmanət verməlidir".
Qeyd edək ki, bir neçə gün əvvəl Reuters agentliyi Avropa İttifaqının diplomatik xidmət rəhbəri Kaja Kallas-a istinadən bildirmişdi ki, İran və "evroüçlük" (Fransa, Almaniya və Böyük Britaniya) iyunun 21-də Cenevrədə danışıqları davam etdirmək barədə razılığa gəliblər. Danışıqların mövzusu artıq təkcə nüvə məsələləri ilə məhdudlaşmır.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramına qarşı "Qalxan şir" adlı hərbi əməliyyata başlayıb. Ardınca İsrail rəsmiləri bu kampaniyanın İran hakimiyyətini devirmək məqsədi daşıya biləcəyini də istisna etmədiklərini bəyan ediblər. Bundan az sonra İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə hər iki tərəf qarşılıqlı zərbələr mübadiləsini davam etdirib. Hər iki ölkə itkilər və dağıntılar barədə məlumat verib, lakin zərərin məhdud olduğunu açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources