EN

Putinin “Rus əsgərinin ayağı dəyən yer bizimdir” ifadəsinin PƏRDƏARXASI: Ukraynadan sonra növbəti ölkə kimdir? KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Belə bir qədim qayda var. Rus əsgərinin ayağının dəydiyi yer bizimdir. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Peterburq Beynəlxalq İqtisadi Forumunda jurnalistin sualını cavablandırarkən deyib.

“Rus əsgərinin ayaq basdığı bütün ərazilər Rusiyanındır. Rus və ukraynalılar eyni xalqdır. Bu mənada bütün Ukrayna bizimdir”, – deyə Putin bildirib. Maraqlıdır, bu bəyatanlar Ukrayna ilə yanaşı digər postsovet ölkələri üçündə təhlükə siqnalı ola bilərmi?

Mövzunu KONKRET.az-a politoloq Asif Nərimanlı şərh edib:

“Rusiya Prezidenti Vladimir Putinin məşhur “Rusiyanın sərhədi yoxdur” ifadəsi yenidən müzakirə mövzusuna çevrilib. Həmin ifadə Kreml rəhbərliyinin imperiya siyasətinin açıq təzahürü kimi qiymətləndirilir. Bu yanaşma Rusiyanın istənilən zaman və istənilən ölkəyə ərazi iddiası irəli sürə biləcəyini göstərir.

Rusiya tarixən rus əsgərinin olduğu hər hansı ərazini öz torpağı hesab edib. Belə yanaşma isə xüsusilə postsovet məkanında təhlükəli nəticələrə yol aça bilər. Moskva uzun illərdir SSRİ-nin yeni formatda bərpası ideyasını gündəmdə saxlayır. Tam şəkildə hüquqi nəzarət altında imperiya qurmaq mümkün olmasa da, Kreml bu ölkələri özündən asılı vəziyyətə salmaq üçün müxtəlif alətlərdən istifadə edir”.

Mütəxəssisin fikrincə, Belarusla qurulan “birlik dövləti” modeli bu siyasətin bariz nümunəsidir. Eyni taktika digər postsovet ölkələrinə qarşı da tətbiq edilir. Kreml bu regionda ikitərəfli müqavilələr, hərbi-siyasi əlaqələr və rusdilli əhalinin müdafiəsi bəhanəsi ilə təsirini artırmağa çalışır.

“Xüsusilə, Qazaxıstan bu siyasətin hədəfində olan ölkələr sırasındadır. Rusiya təkcə rus əsgərlərinin yerləşdiyi əraziləri deyil, həm də rus əsilli əhalinin yaşadığı bölgələri öz təsir dairəsi kimi görür.

Azərbaycan isə bu baxımdan müstəsna mövqe sərgiləyib”.

Ekspert hesab edir ki, Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ölkənin ərazi bütövlüyünün və suverenliyinin qorunmasında əhəmiyyətli addım olub.

“Rusiya kontingentinin bölgədə özünü torpağın sahibi kimi aparması ciddi təhlükə yaratsa da, Azərbaycan bu prosesi uğurla idarə edib.

Buna baxmayaraq, postsovet ölkələri üçün Rusiya təhlükəsi hələ də aktual olaraq qalır. Kreml bu niyyətini nəinki gizlətmir, əksinə, açıq şəkildə irəli sürür”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
2
konkret.az

3Sources