EN

“Kifayət qədər məşhur bir futbolçu mənə yazmışdı” - Tanınmış bloqqer

Braziliyalı tanınmış bloqqer İza Brunelli futbolçularla yazışmalarından danışıb.

Sportinfo.az “La influencia de Nacho Pla”-ya istinadən xəbər verir ki, o, futbolçuların ona tez-tez yazdığını bildirib:

“Bəli, futbolçular mənə tez-tez yazır. Ünsiyyət tərzləri kifayət qədər sərbəstdir, amma mən onlara cavab vermirəm. Əslində, bir dəfə kifayət qədər məşhur bir futbolçu mənə yazmışdı…”

Brunellidən onun “Real” və ya “Barselona” futbolçusu olub-olmadığını soruşduqda, başı ilə təsdiqləyib:

“O zaman sevgilim Kevinə dedim: “Bax, gör kim mənə yazıb?”. Sonra Kevin həmin futbolçuya cavab yazmağa başladı və sanki mesajları mən göndərirmişəm kimi davam etdirdi”.

İza Brunellinin “instaqram”da 1,6, “TikTok”da isə 8,4 milyon izləyicisi var.

Chosen
7
sportinfo.az

1Sources