EN

Biləsuvarda minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub, xəsarət alanlar var 

Biləsuvar rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun M.İbrahimov küçəsində qeydə alınıb.

Qəza zamanı "Hundai" markalı minik avtomobili "Qazel" markalı sərnişin mikroavtobusuna çırpılıb.

Hadisə nəticəsində xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
12
50
report.az

10Sources