Azərbaycan Mərkəzi Bankı BOKT “Forfinance”a liseniya verilməsi barədə məlumat yayıb.
Mərkəzi Bankın İdarə Heyətinin Qərarı ilə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən, Bank olmayan kredit təşkilatı “Forfinance” Məhdud Məsuliyyətli Cəmiyyətinə kreditlərin verilməsi, habelə Qanunda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verən lisenziya verilib.