EN

Əfqanıstanın keçmiş baş nazirindən çağırış: İsrailə qarşı birləşin

Əfqanıstanın aparıcı siyasi və hərbi lideri, Əfqanıstan İslam Partiyasının qurucusu və keçmiş baş nazir Gülbəddin Hikmətyar region ölkələrini tarixi fərqləri aradan qaldırmağa və regionun əsas xarici düşməni adlandırdığı İsrailə qarşı mübarizədə birləşməyə çağırıb.

Publika.az xəbər verir ki, bu barədə Hikmətyar “X” sosial şəbəkəsində paylaşım edib.

O, İsrailin İrana hücumundan sonra Suriyanın mövqeyini tərifləyib və bunu “müdrik və tədbirli” adlandırıb. Siyasətçi xüsusilə Suriya rəhbərliyini, o cümlədən Əhməd Əl-Şaraanı Dəməşqin hava məkanından və ya ərazisinin İrana qarşı istifadəsinə icazə verməyəcəyini qətiyyətlə bildirdiyinə görə tərifləyib.

Hikmətyar İranın sonuncu şahının oğlu Rza Pəhləvini kəskin tənqid edərək, onu ABŞ və İsraili İranı məhv etməyə təhrik etməkdə və Tehrana mümkün nüvə zərbələri də daxil olmaqla, əhalisini kütləvi şəkildə qətlə yetirməkdə ittiham edib.

Chosen
7
publika.az

1Sources