EN

ABŞ-da neft qazma qurğularının sayı azalıb

ABŞ-da neft qazma qurğularının sayı azalıb

ABŞ-da neft qazma qurğularının sayı bu həftə 1 ədəd azalıb.

Neft sahəsi xidmətləri şirkəti Baker Hughes-un həftəlik məlumatları yayımlanıb.

Məlumata görə, ölkədə neft qazma qurğularının sayı 14-20 iyun həftəsində əvvəlki həftəyə nisbətən 1 ədəd azalaraq 438-ə düşüb.

ABŞ-da neft qazma qurğularının sayı son bir ildə isə 46 ədəd azalıb.

Brent neftinin bir barrel qiyməti cümə axşamı günü 77,32 dollar səviyyəsində bağlanıb, cümə günü isə 75,25 dollar olub.

Qərbi Texas (WTI) tipli xam neftin bir barrel qiyməti cümə günü 73,49 dollar səviyyəsində bağlanıb. WTI tipli neftin bir barreli cümə axşamı günü 73,18 dollar olub.

Chosen
6
afn.az

1Sources