EN

Bako Sahakyan “Hayastan” ümumerməni fondunun üzvlərindən biri olduğunu məhkəmədə təsdiqləyib

Bakı. Trend:

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Bako Sahakyan vaxtilə “Hayastan”ümumerməni fondunun üzvlərindən biri olduğunu təsdiqləyib.

Trend xəbər verir ki, o,prokurorun suallarını cavablandırarkən Ermənistan hakimiyyətininnümayəndələrinin, qondarma qurumun “rəhbərləri”nin fondun üzvüolduqlarını söyləyib.

O, fonda dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin,habelə Ermənistan vətəndaşı olan biznesmenlərin ianələr etdiklərinisöyləyib.

B.Sahakyan bildirib ki, fonda yığılan vəsaitlərin bir hissəsiErmənistana, bir hissəsi isə qondarma rejimə sərf edilib. O, fondungördüyü işlərdən birini də açıqlayıb. Bildirib ki, fondun vəsaitihesabına Ermənistandan Xankəndiyə iki yol çəkilib. Bunlarİrəvan-Gorus-Xankəndi və İrəvan-Basarkeçər-Xankəndi magistralyollarıdır.

Prokurorun sualını cavablandıran B.Sahakyan Ermənistandanverilən hərbi texnikaların həmin magistral yollarla Azərbaycanınvaxtilə işğal altında olan ərazilərinə gətirildiyini dətəsdiqləyib.

Fondun vəsaitlərinin bir hissəsi isə Azərbaycanın vaxtiləişğalda altında olmuş ərazilərində qanunsuz məskunlaşmaya sərfedilib.

Xatırladaq ki, “Hayastan” ümumerməni fondu 1992-ci ildəErmənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Məqalədə:
Chosen
18
34
az.trend.az

10Sources