EN

Braziliyada güclü yağışlar səbəbindən 3 nəfər ölüb

Braziliyada güclü yağışlar səbəbindən 3 nəfər ölüb

Braziliyada həftənin əvvəlindən etibarən təsirli olan güclü yağışların yaratdığı daşqınlarda həyatını itirənlərin sayı 3-ə çatıb.

Rəsmi şəxslərin verdiyi məlumata görə, ölkənin cənubundakı Rio Grande do Sul əyalətində güclü yağışlar daşqınlara səbəb olub.

Daşqınlarda indiyədək 3 nəfər həlak olub, 1 nəfər itkin düşüb.

Yağışlardan təsirlənmiş ərazilərdə təxminən 6 min nəfər mülki müdafiə komandaları tərəfindən təxliyə olunub.

Çayların daşdığı, çox sayda evin su altında qaldığı bölgələrdə axtarış-xilasetmə işləri davam edir.

Təxminən 100 kəndin daşqından təsirləndiyi, təxliyə işlərinin isə çətinliklə aparıldığı bildirilib.

Rio Grande do Sul əyaləti ötən il də oxşar fəlakətlə üzləşmiş və 180-dən çox insan həyatını itirmişdi.

Chosen
6
afn.az

1Sources