EN

Quru sərhədlərin bağlı olması Azərbaycanı nədən xilas edir? AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Quru sərhədlərimizin bağlı saxlanılması son dərəcə müdrik qərardır. Dövlət başçısı bunu əvvəlcədən hesablayıb ki, ölkəmizin sabitliyi qorunub saxlanılsın, ekstrimal vəziyyətdən istifadə edərək kimlərsə bizim sərhədlərimizi keçə bilməsinlər. Qazaxıstan rəhbərliyi bildirib ki, ehtiyac olacağı halda İrandan insanları qəbul etməyə hazırdır. İrandan kütləvi köçün olacağını düşünmürəm".Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, İranda hazırda vətəndaş cəmiyyəti səviyyəsində səfərbərlik gedir:"Qaçqınlığa yol vermək və.s kimi məsələlər insanlar arasında panika yarada bilər. Türkiyə televiziyaları İranla sərhəddən bir neçə reportaj yayımladılar. Aparıcılar, müxbirlər bildirdi ki, İrandan Türkiyəyə qaçqınların getməsini gözləyirdilər, ancaq əksinə orada yaşayan İran vətəndaşları İran sərhhədinə doğru gedir ki, ölkəyə daxil olsunlar. Hər bir halda Azərbaycan bu proseslərdə çox düzgün mövqedə dayanır. Sülhsevər mövqedə dayanaraq bildirdik ki, lazım gələrsə, tərəflər arasında dialoqda iştirak etməyə hazırıq. Biz kəskin gücün istifadəsini qeyri-məqbul sayırıq. Heç bir ölkə istəmir ki, onun sərhədləri boyunca problemlər yaransın. Sərhəddimizdə baş verənlər bizi qayğılandırır. Biz Ermənistanla bağlı da həmişə eyni fikirdə olmuşuq. Ermənistan isə bizə qulaq asmadan hücumlara davam etdi. Nəhayət Azərbaycanın çağırışları eşidilmədiyi üçün əks-hücum əməliyyatını keçirdik. Prezident İlham Əliyev bu məsələni vaxtında, yüksək keyfiyyətlə həll etdi. Ona görə də xalqımız onu müzəffər sayır".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
demokrat.az

2Sources