Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Bakının Qaradağ rayonunda sevgi münasibətində olan şəxslər arasında yaranan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 13-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. Abşeron rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal həmin gün saat 23.00-da Lökbatan qəsəbəsində yerləşən fərdi evdə aralarında yaranmış şəxsi mübahisə zamanı əli ilə qeyri rəsmi ər-arvad münasibətində yaşadığı Könülün (adlar şərtdir – red.) bədəninin müxtəlif nahiyyələrinə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisəni törədən Vüsalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib. Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını nəzərə alıb. Bu səbəbdən Vüsalın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.