Sportal.az saytına istinadən ain.az xəbər verir.
Ciro İmmobile ilə yollarını ayırmağı planlaşdıran "Beşiktaş" heyətinə yeni hücumçu cəlb edəcək.
Sportal.az xəbər verir ki, İstanbul nəhənginin əsas hədəfi "Monako"da çıxış edən Bril Embolodur. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Beşiktaş"ın baş məşqçisi Ule Qunnar Sulşer isveçrəli forvardı komandasında görmək istəyir. "Qara qartallar" 28 yaşlı futbolçu üçün Fransa klubu ilə danışıqlara başlayıb.
Qeyd edək ki, "Monako" Bril Embolonu 2022-ci ilin yayında Münhenqladbax "Borussiya"sından transfer edib. İsveçrə millisinin üzvü ötən mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 7 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.