EN

Azərbaycanda dəmir yolu ilə bağlı hansı yeniliklərə ehtiyac var? Ekpert sadaladı

ain.az, Baku.ws portalına istinadən məlumat yayır.

Azərbaycan son illər nəqliyyat sektorunda irəliləyişlərə imza atsa da, dəmir yolu sisteminin tam ideala yaxınlaşması üçün hələ görüləsi işlər var. Dəmir yolu nəqliyyatı sürət, təhlükəsizlik və rahatlıq baxımından vacib infrastruktur elementlərindən biri sayılır. Bəs bu sahənin inkişafı üçün hansı addımlar atılmalıdır? Azərbaycanda yeni qatarlar alınmalıdır? 

BAKU.WS-in əməkdaşı bu və digər suallara cavab tapmaq üşün nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev ilə həmsöhbət oldu. 

Ekspert bildirdi ki, hazırda ölkədə dəmir yolunun təkmilləşdirilməsi istiqamətində işlər davam edir. Lakin daha effektiv və istifadəyə yararlı sistem üçün yeni nəsil qatarların alınmasına ehtiyac var:

"Əgər Azərbaycanın hər istiqamətinə dəmir yolu varsa, bu istiqamətlərə həm gündüz, həm də gecə reysləri təşkil olunmalıdır. Bu baxımdan xüsusilə yataq tipli qatarların alınması vacibdir. Gecə yola düşüb səhər başqa şəhərdə işini həll edib, eyni qatarla geri dönmək imkanı yaradılmalıdır". 

R. Ağamirzəyev gündüz reysləri üçün oturaq, sürətli və konfortlu qatarların daha məqsədəuyğun olduğunu deyir. Belə qatarlar artıq Bakıdan Qəbələ və Qazax istiqamətində fəaliyyət göstərir.

Ekspert həmçinin dəmir yolu sahəsindəki müsbət dəyişiklikləri də qeyd edir. Bunlara onlayn bilet satışı, əlilliyi olan şəxslər üçün inkluziv imkanlar, panduslar və liftlərin mövcudluğu daxildir:

"Bu gün evdən çıxmadan bilet almaq mümkündür. Əvvəlcədən planlaşdırılmış səfərlər daha ucuz başa gəlir. Vağzallarda və qatarlarda inkluzivlik təmin olunur – bu, çox vacib irəliləyişdir. Bütün stansiyalarda da pandusların qurulmasına davam etmək lazımdır".

Banu Hüseynli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
1
baku.ws

2Sources