“Mançester Yunayted”in futbolçusu Ceydon Sanço karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, ingiltərəli vinger “Napoli” və “Yuventus”un hədəfindədir. Bu barədə “Sky Sports” məlumat yayıb. “Mançester Yunayted” Sanço üçün 29 milyon avro tələb edir.
Sanço başa çatan mövsümü “Çelsi”də icarədə keçirib. O, Premyer Liqada 31 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə edib.