EN

Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlərin şagirdlərinin də nəticələri yüksək olur

ain.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ən vacib məqam odur ki, son illərdə müəllimlərin işə qəbulu imtahanlarında yüksək bal toplayaraq məktəblərdə fəaliyyətə başlayan namizədlər sertifikatlaşdırma prosesində də uğurla iştirak edirlər. Sertifikatlaşdırmada yüksək nəticə göstərən müəllimlər vaxtında düzgün seçildiklərini sübut edirlər. Belə müəllimlərin nəticələri bir daha göstərir ki, onların seçimləri vaxtilə düzgün aparılıb və bu gün də etimadı doğruldurlar”.

Redaktor.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva İctimai Televiziyanın “Xəbərimiz var” verilişində deyib.

O bildirib ki, müəllimin əməyi birbaşa onun şagirdlərinin nailiyyətlərində əks olunur. Yaxşı müəllim yaxşı şagird deməkdir. Hazırda ölkə üzrə mərkəzləşdirilmiş qaydada 4 və 6-cı siniflərdə keçirilən monitorinqlərin nəticələri də bunu təsdiqləyir: “Belə ki, sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərən müəllimlərin şagirdlərinin də nəticələri yüksək olur. Bu da onu göstərir ki, bu proseslər bir-birini tamamlayır və təhsilin keyfiyyətinə müsbət təsir edir”.

Nəzakət Mehdiyevanın sözlərinə görə, məktəblərdə aparılan müxtəlif keyfiyyət dəyərləndirmələri, təhlillər, müşahidələr və monitorinqlər onu göstərir ki, müəllimlər artıq öyrənməyə daha çox maraq göstərirlər.

"Son üç ildə ölkəmizdə müəllimlərin şəbəkələşməsi, bir-birilə dialoq qurması, təcrübə mübadiləsi aparması və birlikdə öyrənmək istəyi artıb. Bu isə təhsilin keyfiyyətinin davamlı yüksəlməsinə xidmət edir", - deyə direktor bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
redaktor.az

2Sources