EN

Daxil Vəliyev vəfat etdi -

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Daxil Vəliyev vəfat edib.Metbuat.az xəbər verir ki 1980-ci il təvəllüdlü Daxil Vəliyev 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib, daha sonra BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2005-2009-cu illərdə aspirantura təhsili alaraq, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiyasını müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildən etibarən BDU-da fəaliyyət göstərən Daxil Vəliyev fakültənin metodisti, dekan müavini, müəllim və kafedranın dosenti kimi müxtəlif vəzifələrdə çalışıb. Onun əsas elmi-tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixinə yönəlib.

BDU rəhbərliyi və kollektivi Daxil Vəliyevin vəfatından dərin kədərlə xəbərdar olub, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir. Allah rəhmət eləsin.

Chosen
7
21
metbuat.az

10Sources