EN

45 yaşlı alim vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Daxil Vəliyev vəfat edib.

Ölkə.Az universitetin mətbuat xidmətinə istinadla xəbər verir ki, Daxil Vəliyev 1980-ci ildə anadan olub. 1999-cu ildə Mehdiabad qəsəbə orta məktəbini bitirib. BDU-nun Sosial elmlər və psixologiya fakültəsində “Fəlsəfə” ixtisası üzrə 1999-2003-ci illərdə bakalavr, 2003-2005-ci illərdə magistr təhsili alıb. 2005-2009-cu illərdə Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının aspirantı olub, 2013-cü ildə “Əli Şəriətinin dini-fəlsəfi görüşləri” mövzusunda dissertasiya işini müdafiə edib və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

O, 2007-ci ildən BDU-nun Sosial elmlər və psixologiya fakültəsində metodist, 2013-cü ildən isə dekan müavini, müəllim, 2017-ci ildən Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti vəzifələrində çalışıb.

Daxil Vəliyevin tədqiqat sahəsi müasir dövr Şərq və Qərb fəlsəfəsi tarixi olub.

Allah rəhmət eləsin! 

Billurə

Chosen
7
21
olke.az

10Sources