EN

Putin ukraynalıların Rusiya ilə dostluğundan danışdı: Əminəm ki, onlar...

Əminəm ki, ukraynalıların əksəriyyəti Rusiya ilə dostluq münasibətlərində maraqlıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində "Sky News Arabia" telekanalına müsahibəsində deyib.

"Mən əminəm ki, Ukrayna xalqının əksəriyyəti bizimlə mehriban münasibətlərdə maraqlıdır. Bütün bu məsələlər hələ 2022-ci ildə İstanbulda müzakirə olunub və vurğulamaq istəyirəm ki, biz o vaxt sazişi imzalamağa çox yaxın idik", - Rusiya lideri qeyd edib.

Bundan əlavə, Putin Ukrayna tərəfinin öz milli maraqlarına əməl edəcəyinə ümid etdiyini bildirib. O, həmçinin vurğulayıb ki, ölkə rəhbərliyində “nasist ünsürlər olmamalıdır”.

Chosen
20
publika.az

1Sources