EN

Azərbaycan hansı ölkələrdən eşitmə aparatları alır? - CƏDVƏL, QİYMƏTLƏR

Azərbaycan bu ilin ilk 4 ayında 2049 ədəd eşitmə aparatı idxal edib.

Valyuta.az xəbər verir ki, həmin dövrdə ölkəyə gətirilən eşitmə cihazları üçün ümumilikdə 642,89 min ABŞ dolları həcmində vəsait xərclənib.

Ən çox məhsul -1304 ədəd Çindən idxal olunub. Gətirilən aparatların ümumi dəyəri 5,07 min ABŞ dolları olub. Bu isə o deməkdir ki, 1 cihazın qiyməti cəmi 3,89 dollar və ya təxminən 6,61 manat təşkil edib.

Türkiyədən 240 ədəd eşitmə aparatı alınıb, onların ümumi dəyəri 21,95 min ABŞ dolları olub. Hər birinin orta qiyməti 91,46 dollar və ya 155,48 manat təşkil edib.

Bundan başqa, Vyetnamdan 37 ədəd cihaz idxal olunub. Bu məhsullar üçün 3,89 min dollar ödənilib. Beləliklə, 1 ədədin qiyməti təxminən 105,14 dollar və ya 178,74 manat olub.

Almaniyadan idxal olunan 215 ədəd cihaz üçün ümumilikdə 17,33 min dollar ödənilib. Bu da hər bir cihazın 80,62 dollar və ya 137,05 manata başa gəldiyini göstərir.

Avstriyadan gətirilən 81 ədəd eşitmə aparatı üçün isə ümumilikdə 563,56 min dollar xərclənib. Bu da məhsul başına təxminən 6957,78 dollar və ya 11 828 manat deməkdir.

Danimarkadan idxal edilən 171 ədəd cihaz üçün 23,39 min dollar ödənilib. Orta hesabla bir məhsul 136,79 dollar və ya 232,55 manata başa gəlib.

Polşadan isə cəmi 1 ədəd eşitmə aparatı alınıb. Bu cihaz üçün 7700 dollar və ya 13 090 manat ödənilib.

Sərvanə Rəmixanova

Chosen
25
valyuta.az

1Sources