EN

“İntellektual Klubların IV Gənclər Liqası”nın qalibləri məlum olub (FOTO)

Bakı. Trend:

Sentyabrın 28-də start verilən ölkənin ən böyük intellektualturniri – “İntellektual Klubların IV Gənclər Liqası”nda “BöyükFinal” həyəcanı yaşanıb. Ümumilikdə, turnirdə respublikanın 50şəhər və rayonundan 500 komandadan ibarət 4000-dən çox gəncintellektual mübarizənin bir hissəsi olub.

Şəhər və rayonlarda keçirilən seçim turlarında qalib gələnkomandalar daha sonra regional zona finalında intellektualmübarizələrini davam etdiriblər. Qax, Quba, Yevlax, Göyçay,Sabirabad, Lənkəran Gəncə və Naxçıvanda keçirilən regional zonafinallarının yekununda ən yaxşı nəticə göstərən 12 komanda, paytaxtBakıdan isə 20 komanda turnirin möhtəşəm final mərhələsində iştirakşansı qazanıb.

9-10 dekabr tarixlərində Qubada baş tutan “Böyük Final”mərhələsində paytaxt və regionları təmsil edən 32 komanda “Nə?Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq” və “Erudit Kvartet”oyunlarında öz bacarıqlarını nümayiş etdiriblər.

Həyəcanlı, bir o qədər də gərgin bilik mübarizəsinin sonundaBakını təmsil edən “JM” komandası ən yüksək nəticə göstərərək“İntellektual Klubların IV Gənclər Liqası”nın çempionu olub. Bakınıtəmsil edən digər komandalardan “Dərələyəz” və “Santa Klara” isəmüvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıb. Regionları təmsiledən komandalar arasından İsmayıllının “Divergent” komandası 1-ci,İmişlinin “İmişdi” komandası 2-ci, Gəncənin “Aqropatena” komandasıisə 3-cü yeri tutmağa müvəffəq olub.

2023-cü il “Heydər Əliyev” ili çərçivəsində keçirilən turnirinəsas məqsədi intellektual oyunların gənclər arasında təbliği,onların asudə vaxtlarının faydalı təşkili, region gənclərininşəbəkələşməsi, intellektual potensialı olan gənclərin aşkaraçıxarılması və Heydər Əliyev irsi barədə gənclərinmaarifləndirilməsidir.

Xatırladaq ki, 2019-cu ildən etibarən mütəmadi olaraq keçirilənturnir bugünədək 20 mindən çox gənci əhatə edərək onlarınintellektual səviyyələrinin təkmilləşdirilməsinə, həmçininşəbəkələşməsinə təkan vermişdir.

"İntellektual Klubların IV Gənclər Liqası" AzərbaycanRespublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan RespublikasınınGənclər Fondu, "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimaiBirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığıilə həyata keçirilir.

“Facebook” sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirədair ən son yeniliklərdən məlumatlı ola bilərsiniz:

https://www.facebook.com/groups/801588220281994

“İntellektual
“İntellektual
“İntellektual
“İntellektual
“İntellektual
“İntellektual
Chosen
591
3
az.trend.az

10Sources