EN

Ziyafət Əsgərov: “Muxtariyyat məsələsi müzakirə predmeti deyil”

Yazını böyüt
Yazını kiçilt

“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında hakimiyyətlərin bölgüsü nəzərdə tutulsa da, bu praktikada həyata keçirilmir. Bu qanun hakimiyyətdə tarazlıq prinsipini, operativ idarəetməni təmin etmək üçün vacibdir. Prezidentin səlahiyyətli nümayəndəsinin qanunla təsdiq edilməsi vacibdir”.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü iclasında deputat Ziyafət Əsgərov deyib. O, Qüdrət Həsənquliyevin “Naxçıvanın muxtariyyatının ləğv olunması ilə balı fikini düzgün hesab etməyərək, fikir bildirərkən məsuliyyətli olmağa dəvət edib.

Deputat qeyd edib ki, Naxçıvanın muxtar statusu Azərbaycanın əsas hissəsindən ayrı olan ərazisininin itirilməsinin qarşısını alan faktordur.

“Biz Muxtariyyatı ləğv edib, oradakı əraziləri kimlərin ağuşuna ataq. Naxçıvanın muxtariyyatı bizim nailiyyətimizdir. Naxçıvan 1924-cü ildən muxtariyyat qazanıb və torpaq itirməməsi bu muxtariyyatın olması ilə bağlıdır. Muxtariyyatı, ləğv etsək sonra nə olacaq. Bu məsələ müzakirə predmeti olmalı deyil. Bu qanun dəyişikliyində məqsəd dövlət, hakimiyyət orqanları arasında münasibətin tarazlanması, hakimiyyətlərin bölünməsinin öz həllini tapmasıdır. Bu da əhalinin həyat şəraitini yaxşılaşdırmaqdır. Muxtariyyat məsələsi müzakirə predmeti deyil”-deyə deputat, Naxçıvanın muxtariyyatının lehinə olduğunu deyib.

Qeyd edək ki, qanunda iki yeni maddənin əlavə edilməsi, bir maddənin çıxarılması, bir neçə məsələdə dəyişiklik edilməsi nəzərdə tutulur. Qanunda Naxçıvanın Azərbaycan respublikasının ayrılmaz tərkib hissəsi olması öz təsdiqini tapıb.

Chosen
3
hafta.az

1Sources