Bakı.Trend:
Paytaxt ərazisində fəaliyyət göstərən bəzi taksisürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları,xidmətə aid olmayan mövzularda söhbət etmələri və yersiz təklifləretmələri barədə polis orqanlarına müraciətlər daxil olur.
Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verirki, bu kimi halların qarşısının alınması məqsədilə paytaxtdaprofilaktik və nəzarət tədbirləri davam etdirilir.
Bildirilir ki, polis əməkdaşları tərəfindən Yasamal vəXəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlıaraşdırma aparılmaqla “Toyota” markalı 90-YL-396, “Mercedes”markalı 77-UV-650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrininsürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.
Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciətüzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verənsürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksisürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikasıqaydalarına əməl etməlidir.
Tövsiyə olunur ki, vətəndaşlar belə hallarlaqarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” ZəngMərkəzinə məlumat versinlər.