EN

Bərdədə keçmiş məhkumdan 7 kq narkotik götürülüb

Bərdədə polis 7 kiloqram narkotik vasitə aşkarlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı yardımçı tikilidən 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

"Cebheinfo.az" 

Chosen
4
7
cebheinfo.az

10Sources