EN

Ukraynanın Azərbaycandakı səfiri Şuşada Bülbülün ev-muzeyindən paylaşım etdi - FOTO

Şuşada Bülbülün ev-muzeyini ziyarət edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz təəssüratını bölüşüb.
 
Moderator.az xəbər verir ki, ukraynalı diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
 
"Şuşa şəhərinə səfərim zamanı əfsanəvi opera müğənnisi Bülbülün ev-muzeyini ziyarət etmək şərəfinə nail oldum. Onun oğlu Polad Bülbüloğlu - tanınmış bəstəkar, diplomat və mədəniyyət xadimi ilə tanış olmaq mənim üçün xüsusi zövq idi. Onun Ukraynaya dəstəyinə görə minnətdaram", - Y.Qusev yazıb
 
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada səfərdədir.

 

Chosen
28
3
moderator.az

6Sources