Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata başlanılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə iyulun 8-dən, Bakı şəhərində isə iyulun 9-danetibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə iyulun 10-dan start veriləcək.
Qeydiyyat prosesi sentyabrın 12-dək davam edəcək. Sentyabrın 1-dən 30-dək sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul edilir.