ain.az bildirir, Operativ MM portalına istinadən.
"Ukrayna böhranını həll etmək üçün Ukraynada nüvə silahının yaranması ehtimalını istisna etmək lazımdır".
"Operativ Məlumat Mərkəzi-OMM" Tass-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Puutin deyib.
"Ukraynanın neytrallığını, heç bir xarici ittifaqlara qoşulmadığını bəyan etmək, həmçinin nüvə silahı əldə etmək imkanını istisna etmək lazımdır", - o bildirib.
Putinin sözlərinə görə, səslənən tələblər regionda uzunmüddətli sabitliyin əsasına çevriləcək. Rusiya prezidenti vurğulayıb ki, bu və digər şərtlərə məhəl qoyulmaması, o cümlədən Rusiyanın Donbass və Novorossiya üzərində suverenliyinin tanınması silahlı münaqişənin yenidən başlanması ehtimalı deməkdir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.