EN

Ziyafət Əsgərov: Naxçıvan muxtariyyətinin ləğvi müzakirə predmenti deyil

BAKI, 21 iyun. TELEQRAF

"Naxçıvan muxtariyyətinin ləğvi müzakirə predmenti deyil".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov iyunun 21-də “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununa təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.

Ziyafət Əsgərov həmkarı Qüdrət Həsənuquliyevin Naxçıvanın muxtariyyəti ləğv olunmalıdır təklifinə iradını bildirib:

"Naxçıvan muxtariyyətinin ləğvi müzakirə predmeenti deyil, 1992-ci ildə siz hakimiyyətdə olanda bu məsələni qaldırdınız, Naxçıvanda xaos başladı. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi. Deputat dediyi sözə görə məsuliyyət daşılmalıdır. Deyirlər ki, unitar dövlətik, müxtariyyətə ehtiyac yoxdur. Səhv fikirdir. Naxçıvanın muxtariyyəti bizim tarixi naliyyət idi. Zəgəzur yolu açılacaq, bu o demək deyil ki, muxtariyyəti ləğv edək. Müzakirə predmenti olmamalıdır".

Chosen
17
teleqraf.com

1Sources