Ajans.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. İki dronun İsrailin cənubunda yerləşən Arava bölgəsi üzərində vurulduğu bildirilir. Dron təhlükəsi ilə bağlı Beyt-Şean adlı ərazidə həyəcan təbili çalınıb. İsrail-İran eskalasiyası başlanandan bəri ilk dəfə olaraq İran PUA-sı yaşayış sahəsinə daxil olub və onun yaşayış binalarından birinə çırpıldığı deyilir. Əraziyə təcili tibbi yardım dəstələrinin göndərildiyi bildirilir.